Si Cinpin Trampı Çinə dəvət edib
Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı Çinə səfərə dəvət edib.
Crossmedia.az xəbər verir ki, “Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi” bu barədə məlumat yayıb.
Si Cinpin bildirib ki, iki liderin 2026-cı ilin sonunadək daha iki dəfə görüşməsi gözlənilir. Onların növbəti görüşlərinin noyabrda Çinin Şençjen şəhərində keçiriləcək APEC İqtisadi Liderlər Görüşü və dekabrda Mayamidə baş tutacaq G20 sammiti çərçivəsində keçirilməsi planlaşdırılır.
Çin və ABŞ liderləri 2026-cı il APEC və G20 tədbirlərinin uğurla keçirilməsi üçün bir-birini dəstəkləmək barədə razılığa gəliblər.
21:07 25.09.2026
Oxunuş sayı: 40