Yunanıstan müdafiə sistemləri üçün İsrailə üstünlük verdi
İsrailin Baş naziri Benjamin Netanyahu Yunanıstanın İsrail istehsalı müdafiə sistemlərini seçmək qərarını alqışlayıb.
Crossmedia.az xəbər verir ki, Netanyahu bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə bildirib.
Görüşdə tərəflər regiondakı hadisələri və enerji sahəsində əməkdaşlığı müzakirə ediblər. Həmçinin İsrail, Yunanıstan və Kipr arasında yeni üçtərəfli sammitin keçirilməsi istiqamətində səylər nəzərdən keçirilib.
22:15 24.09.2026
Oxunuş sayı: 37