Məhkəmə qərarına baxmayaraq jurnalist Ağ Evə buraxılmadı
Məhkəmənin mətbuat nümayəndələrinin akkreditasiyasının bərpası barədə qərarına baxmayaraq, Politico jurnalistinin Ağ Evə girişinə icazə verilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, Politico, CNN və MS NOW jurnalistlərinin Ağ Evə girişinə sentyabrın 24-də də məhdudiyyət qoyulub.
Politico jurnalistinin mətbuat vəsiqəsi ABŞ Gizli Xidməti tərəfindən götürülüb və onun Ağ Ev ərazisinə girişinə icazə verilməyib.
Bundan əvvəl hakim Timoti Kelli administrasiyaya üç media qurumunun jurnalistlərinin akkreditasiyalarını bərpa etməyi tapşırmışdı. Media qurumları məhkəmə qərarının icra olunmaması ilə bağlı təcili dinləmə tələb ediblər.
21:14 24.09.2026
Oxunuş sayı: 42