Türkiyə və Ermənistan liderləri arasında görüş baş tutub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Crossmedia.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.
Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və regional məsələlərin müzakirə edildiyi bildirilir. Ərdoğan daha əvvəl Nyu-Yorkda çıxışı zamanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqamətində irəliləyiş əldə edildiyini açıqlamışdı.
21:16 23.09.2026
Oxunuş sayı: 45