Rumıniya BMT-də İranla bağlı mövqeyini açıqladı
Rumıniya İranın nüvə silahına malik olmamalı olduğunu və Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rumıniya Prezidenti Nikuşor Dan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ölkəsinin mövqeyini açıqlayıb.
O bildirib ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə və Beynəlxalq Atom Enerjisi Agentliyinin təminatlarına əməl etməli, nüvə proqramında tam şəffaflığı bərpa etməlidir. İranın nüvə silahına malik olmaması ABŞ-nin da hazırkı diplomatik mövqelərindən biridir.
20:40 23.09.2026
Oxunuş sayı: 42