Tramp Kanada ilə bağlı xəbərdarlıq etdi
ABŞ Prezidenti Donald Tramp Kanadanın miqrasiya siyasətini tənqid edərək nəzarətsiz miqrasiya axınının ölkə üçün ciddi problemlər yarada biləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Tramp “Truth social” platformasında Kanadaya milyonlarla insanın lazımi yoxlama olmadan buraxıldığını yazıb.
O, bunun iqtisadiyyat və cəmiyyət üçün problemlər yaratdığını, ölkədə işsizliyin də yüksək olduğunu bildirib. Trampın bu iddialarını əsaslandırmaq üçün konkret rəqəmlər təqdim etmədiyi qeyd olunur.
18:37 23.09.2026
Oxunuş sayı: 40