Qırğızıstan sanksiyaların yalnız BMT tərəfindən tətbiq edilməsini təklif edib
Qırğızıstan Prezidenti Sadır Japarov bəzi dövlətlərin sanksiyalardan suveren ölkələrin daxili işlərinə müdaxilə vasitəsi kimi istifadə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Japarov BMT Baş Assambleyasındakı çıxışında əsassız sanksiyaların Qırğızıstan kimi kiçik dövlətlərə də mənfi təsir göstərdiyini deyib.
O, sanksiyaların tətbiqi hüququnun yalnız BMT-yə verilməsini təklif edib.
Japarov bildirib ki, Qırğızıstan beynəlxalq öhdəliklərinə əməl edir, lakin birtərəfli sanksiyaları ölkənin iqtisadi inkişafına mane olan təzyiq kimi qiymətləndirir.
23:20 22.09.2026
Oxunuş sayı: 48