Tramp Putinlə görüşün yenidən keçirilə biləcəyini deyib
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin başa çatdırılması üçün görüşməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Lenta” bu barədə məlumat yayıb.
Tramp bu açıqlamanı BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüşü zamanı verib. O, Putinin görüşmək istədiyini və müharibənin başa çatmasını arzuladığını deyib. Tramp həmçinin Rusiya lideri ilə yenidən görüşə biləcəyini istisna etməyib.
ABŞ prezidenti eyni zamanda Putinin “Böyük iyirmilik” (G20) sammitində iştirak etmək üçün Mayamiyə gələcəyinə şübhə etdiyini bildirib.
Bundan əvvəl Putin Trampın Ukrayna münaqişəsinin nizamlanmasına töhfə vermək cəhdlərini davam etdirdiyini açıqlamışdı.
22:44 22.09.2026
Oxunuş sayı: 41