Quterreş BMT tribunasında vida çıxışı etdi
Son hadisələr dünyada supergüclərin imkanlarının düşünüldüyü qədər geniş olmadığını göstərib.
Crossmedia.az xəbər verir ki, BMT Baş katibi Antoniu Quterreş bunu BMT Baş Assambleyasındakı vida çıxışında bildirib.
Quterreş qeyd edib ki, son dövrlərdə heç bir dövlətin tam mənada “super gücə” malik olmadığı daha aydın görünür. Onun sözlərinə görə, yalnız hərbi güc, texnoloji üstünlük və iqtisadi imkanlar təhlükəsizliyi və sabitliyi təmin etmək üçün kifayət deyil.
BMT Baş katibi bunun üçün çoxtərəfli və BMT mərkəzli beynəlxalq sistemə ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, belə bir sistemi sıfırdan qurmağa ehtiyac yoxdur və BMT Nizamnaməsi ədalətli beynəlxalq sistemin əsasını təşkil edir.
“Bizim artıq BMT Nizamnaməmiz var. Bu, haqqında danışdığım ədalətli sistemin onurğa sütunudur”, - deyə Quterreş bildirib.
20:29 22.09.2026
Oxunuş sayı: 47