Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatacağına ümid edir
Türkiyə Rusiya-Ukrayna müharibəsinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunması ilə başa çatacağına ümid edir.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə “Associated Press”in yayımında bildirib.
“Biz Rusiya ilə Ukrayna arasındakı müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunması ilə başa çatacağına səmimi qəlbdən ümid edirik”, - deyə Ərdoğan bildirib.
Ərdoğanın açıqlaması Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində səsləndirilib. Türkiyə prezidenti həmçinin BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına və daimi üzvlərin veto hüququnun ləğvinə çağırıb.
20:21 22.09.2026
Oxunuş sayı: 40