Ukraynanın əsas rəsmiləri BMT-də yanaşı əyləşiblər
Ukrayna Prezidenti Volodimir Zelenski, Prezident Aparatının rəhbəri Kirill Budanov və xarici işlər naziri Andrey Sibiga BMT Baş Assambleyasının zalında yanaşı əyləşiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Novosti.LIVE” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Ukraynanın üç yüksəkvəzifəli nümayəndəsi bir sırada oturub. Onların arxasında Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov və energetika naziri Denis Şmıqal yer alıb.
Qeyd olunur ki, Zelenski sentyabrın 22-də BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka gəlib. O, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşməlidir.
18:36 22.09.2026
Oxunuş sayı: 42