ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq
ABŞ Qrenlandiyada iki yeni hərbi baza yaratmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Bazalardan birinin Qrenlandiyanın cənubundakı Nasarsuaq aviabazasının yerləşdiyi ərazidə yaradılması nəzərdə tutulur. Soyuq müharibə dövründə istifadə olunan həmin baza hazırda fəaliyyət göstərmir.
İkinci hərbi obyekt isə adanın şərq sahilində yerləşən Mestersviqdə yaradılacaq. Hazırda burada xizək itlərindən istifadə edən Danimarkanın “Sirius” patrul xidməti fəaliyyət göstərir.
Məlumata görə, ABŞ və Danimarka arasında bununla bağlı razılaşmanın çərşənbə axşamı Nyu-Yorkda imzalanması gözlənilir.
Razılaşma ABŞ Prezidenti Donald Tramp administrasiyasının Qrenlandiya üzərində ABŞ-nin nəzarətini gücləndirmək cəhdləri fonunda bir neçə ay davam edən gərginliyin ardından əldə olunub.
Vaxtilə Qrenlandiyada ABŞ-nin 17 hərbi obyekti fəaliyyət göstərib. Hazırda isə adada ABŞ-yə məxsus yeganə hərbi obyekt Pituffik kosmik bazasıdır.
15:12 22.09.2026
Oxunuş sayı: 45