Zelenski və Tramp bu gün Nyu-Yorkda görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın bu gün, sentyabrın 22-də Nyu-Yorkda görüşü planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, “RBC-Ukrayna” bu barədə məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, görüşün Kiyev vaxtı ilə günün ikinci yarısında və ya axşam saatlarında keçirilməsi gözlənilir. Danışıqların əsas mövzularından birinin Rusiya ilə enerji sahəsində gərginliyin azaldılması olacağı bildirilir.
Volodimir Zelenski daha əvvəl Donald Trampla telefon danışığından sonra Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini açıqlamışdı.
Ukrayna Prezidenti görüş çərçivəsində deeskalasiya tədbirləri, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və insanların müdafiəsi ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildirmişdi.
11:35 22.09.2026
Oxunuş sayı: 42