Ərdoğan Vyetnam prezidenti ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Vyetnam Prezidenti To Lamla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyə prezidentinin Nyu-York səfəri çərçivəsində görüş “Türk Evi”ndə keçirilib və mətbuata qapalı olub. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran və Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də iştirak edib.
21:52 21.09.2026
Oxunuş sayı: 54