Hörmüz boğazında gərginlik artır
ABŞ vitse-prezidenti Cey Di Vens İranın beynəlxalq gəmiçiliyə təzyiq göstərməsinin enerji qiymətlərinin artmasına səbəb olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Vens İranın hər gün gəmiləri təhdid etməsinə baxmayaraq, Hörmüz boğazından hələ də əhəmiyyətli həcmdə neft və qaz daşındığını deyib. Reuters də sentyabrın 21-də boğazdan neft daşımalarının davam etdiyini, lakin gəmi axınının əvvəlki səviyyə ilə müqayisədə kəskin azaldığını bildirib.
Vensin sözlərinə görə, ABŞ enerji qiymətlərini azaltmaq üçün mümkün tədbirləri nəzərdən keçirir. O, prezident Donald Trampın təkliflərindən birinin bəzi ştatlarda benzin vergilərinin müvəqqəti azaldılması və ya ləğv edilməsi olduğunu qeyd edib.
21:42 21.09.2026
Oxunuş sayı: 45