Rusiya rəsmisi Ukraynanın neft obyektlərinə zərbələrinin məqsədini açıqlayıb
Rusiya İctimai Palatasının həmvətənlərin dəstəklənməsi komissiyasının sədri Vladimir Roqov Ukraynanın Rusiya neft emalı zavodlarına və enerji obyektlərinə zərbələrinin məqsədinin ABŞ Prezidenti Donald Trampın mövqelərini zəiflətmək olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, Roqov bu barədə “Milli Xəbər Xidməti”nə (NSN) açıqlamasında danışıb.
Roqovun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin addımları noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Trampın ölkə daxilində mövqelərini zəiflətməyə yönəlib. O, həmçinin Kiyevin Rusiya ərazisindəki enerji obyektlərinə zərbələr endirməklə ABŞ-dəki “qlobalistlərdən” daha çox dəstək əldə etməyə çalışdığını iddia edib.
Roqov hesab edir ki, Zelenski bu siyasəti davam etdirdiyi müddətdə Ukrayna üzrə üçtərəfli danışıqların başlaması mümkün olmayacaq. Onun fikrincə, Kiyev ABŞ-dəki aralıq seçkilər başa çatana qədər danışıqlara getməyəcək.
Qeyd edək ki, “Financial Times”ın məlumatına görə, Tramp son telefon danışığı zamanı Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmasını istəyib. Nəşr bunu qlobal dizel yanacağı çatışmazlığı və qiymət artımı ilə bağlı narahatlıqlarla əlaqələndirib.
20:15 21.09.2026
Oxunuş sayı: 46