Makron enerji böhranı ilə bağlı G7 ölkələrinə müraciət edib
Fransa Prezidenti Emmanuel Makron enerji böhranı fonunda G7 ölkələrinin təcili müzakirə keçirməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Makron G7 ölkələrinin yaxın həftələrdə enerji məsələlərinə həsr olunmuş görüş keçirəcəyini bildirib.
Görüşdə enerji təchizatının təhlükəsizliyinin gücləndirilməsi, ölkələr arasında əməkdaşlığın artırılması və strateji ehtiyatlardan əlavə neft buraxılması imkanlarının müzakirə olunacağı gözlənilir.
Təklif enerji bazarında gərginliyin artdığı, Avropada yanacaq qiymətlərinin yüksəldiyi və Yaxın Şərqdəki münaqişənin enerji təchizatına təsir göstərdiyi bir vaxtda irəli sürülüb. Reuters-in məlumatına görə, Səudiyyə Ərəbistanının neft ixrac marşrutlarında yaranan problemlər də bazardakı təzyiqi artırıb.
19:52 21.09.2026
Oxunuş sayı: 46