Britaniya kəndinin sakinləri Trampa müraciət edib
İngiltərənin Piddinqton kəndinin sakinləri ABŞ-ə birləşmək istəyilə Prezident Donald Trampa müraciət ediblər.
Crossmedia.az xəbər verir ki, “Newsweek” bu barədə məlumat yayıb.
Sakinlərin bu təşəbbüsünün Britaniya hökumətinin miqrasiya siyasəti ilə bağlı olduğu bildirilir.
Hökumət La-Manş boğazı vasitəsilə ölkəyə qanunsuz daxil olan sığınacaq axtaran şəxslər üçün kənddə yerləşdirmə mərkəzi yaratmağı planlaşdırır. Mərkəzdə təxminən 1,3 min nəfərin yerləşdirilməsi nəzərdə tutulur.
Kənd sakinləri bunun cinayətkarlığın artmasına səbəb ola biləcəyindən narahat olduqlarını bildiriblər.
21:05 20.09.2026
Oxunuş sayı: 46