Tramp Vaşinqtonda tikilən Zəfər tağını hərbi kompleksə çevirməyi tapşırıb
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda tikilməsi planlaşdırılan Zəfər tağının hərbi kompleksə çevrilməsi barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Trampın sözlərinə görə, tağ ABŞ ordusunun tələbi və milli təhlükəsizlik məqsədləri ilə pilotsuz uçuş aparatlarının və snayperlərin yerləşdirilməsi, həmçinin böyük həcmdə sursatın saxlanılması üçün istifadə olunacaq. O, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
Vaşinqtonda 76 metr hündürlüyündə tağın tikintisi ilə bağlı layihə iyul ayında ABŞ Milli Paytaxt Planlaşdırma Komissiyası tərəfindən ilkin olaraq təsdiqlənib. Layihənin 2029-cu ilin yanvarına qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, tağın tikintisi ilə bağlı layihə ABŞ-də mübahisələrə səbəb olub. Reuters-in məlumatına görə, ABŞ Federal Aviasiya Administrasiyası sentyabrın 18-də layihənin aviasiya üçün təhlükə yaratmadığı qənaətinə gəlib, lakin tikilinin pilotlar tərəfindən aydın görünməsi üçün onun üzərində xüsusi işıqlandırma tələb edib.
16:13 20.09.2026
Oxunuş sayı: 44