Tramp bu media qurumlarını Ağ evə buraxmayacaq
ABŞ Prezidenti Donald Tramp, CNN və MS NOW televiziya kanalları ilə Politico internet saytının “davamlı yalan xəbərlər yaydıqları” səbəbindən Ağ Evə girişinin qadağan edildiyini açıqladı.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı mesajda üç media qurumuna qarşı görülən tədbir barədə məlumat verdi. Prezident CNN, MS NOW və Politico-nun “Ağ Evdən dərhal qadağan olunduğunu” bildirərək, bu qərarı onların “davamlı yalan xəbərlər hazırlaması” ilə əlaqələndirdi.
Tramp, MS NOW-un əvvəlki adı olan MSNBC-ni izləyici və etibarlılıq çatışmazlığı səbəbindən dəyişdirdiyini iddia etdi. Politico-nun isə keçmiş prezident Co Baydenin dövründə hökumətdən qanunsuz şəkildə 8 milyon dollarlıq abunə haqqı aldığını qeyd etdi.
Prezident media qurumlarının özü, hökuməti və ölkəsi haqqında “uydurma və yalanlar yazmamalı” olduğunu vurğuladı və “Digər yalan xəbər qurumları da onlara qoşulacaq” ifadəsini işlətdi.
06:40 19.09.2026
Oxunuş sayı: 38