Zelenski Ukraynanın büdcəsində 27 milyard dollarlıq boşluq olduğunu açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müdafiə büdcəsində bu il 27 milyard dollarlıq maliyyə çatışmazlığı ilə üzləşdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisi bu barədə məlumat yayıb.
Zelenski bu məsələni Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə müzakirə edib. Tərəflər Ukraynanın müdafiə imkanlarının maliyyələşdirilməsi və ölkənin müdafiə dayanıqlığının təmin edilməsi üçün mümkün həll yollarını müzakirə ediblər.
Ukrayna Prezidenti problemin həllinin tapılacağına ümid etdiyini bildirib. Vaşinqton Postun məlumatına görə, Kiyev ilin sonunadək 27 milyard dollarlıq müdafiə büdcəsi kəsirinin bağlanmasına ehtiyac duyur.
19:26 18.09.2026
Oxunuş sayı: 40