İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Prezident İlham Əliyevin “X” hesabında dövlət başçısının Şamaxı rayonuna səfəri ilə bağlı paylaşım edilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi bu barədə məlumat yayıb.
Sentyabrın 17-də İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər ediblər. Səfər çərçivəsində onlar Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
21:50 17.09.2026
Oxunuş sayı: 46