Tramp: Ukrayna münaqişəsinin həlli çox yaxındır
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin çox yaxın zamanda nizamlanacağını gözlədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Tramp ABŞ-nin münaqişənin həlli istiqamətində “səylə çalışdığını” deyib.
“Mən səkkiz münaqişəni həll etmişəm, lakin ən çətini Rusiya ilə Ukrayna arasındakı münaqişədir”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib ki, Ukrayna böhranı dizel yanacağının qiymətlərinin artmasına səbəb olur.
09:17 17.09.2026
Oxunuş sayı: 42