Türkiyə Bakının azadlığı uğrunda şəhid olan 1132 əsgərin xatirəsini yad edir
Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 108-ci ildönümü ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Gülər 1918-ci ildə Bakı uğrunda döyüşlərdə şəhid olan 1132 türk əsgərinin xatirəsinin Türkiyədə ehtiramla yad edildiyini bildirib.
O qeyd edib ki, həmin dövrdə türk və azərbaycanlı hərbçilər çiyin-çiyinə vuruşub, 15 sentyabr 1918-ci ildə Göyçay və Şamaxıdakı qələbələrdən sonra Bakı işğaldan azad edilib.
Gülərin sözlərinə görə, Türkiyə-Azərbaycan qardaşlığı yalnız yaxınlıq ifadəsi deyil, qan, fədakarlıq və birgə mübarizə ilə möhkəmlənmiş münasibətlərdir.
21:13 15.09.2026
Oxunuş sayı: 41