Kurtlar Vadisinin ssenarisi ilə bağlı şok iddia rədd edildi
“Kurtlar Vadisi” serialının ssenaristi Raci Şaşmaz serialın ssenarisinin hazırlanması zamanı FETÖ üzvlərindən yönləndirmə aldıqları barədə iddiaları rədd edib.
Crossmedia.az xəbər verir ki, Silivri Ədliyyəsinə gedərək ifadə verən Şaşmaz serialla bağlı açıqlamasında heç bir qanuni və ya qanundankənar güc və cinayət ocağı ilə əlaqələrinin olmadığını bildirib. O, serialın 20 il ərzində müxtəlif vaxtlarda bu cür iddialarla üzləşdiyini və onların əsassız olduğunu deyib.
Şaşmaz həmçinin serialın yaradıcısı Osman Sınavın ssenari ilə bağlı zaman-zaman fikir və tövsiyələr vermək istədiyini, lakin bunu qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, bu tələbdən sonra Sınav təhdid edildiyini, uşaqlarının olduğunu və layihədən ayrılaraq işi Şaşmaza təhvil vermək istədiyini söyləyib.
20:45 15.09.2026
Oxunuş sayı: 45