Tanınmış musiqiçi vəfat etdi
Kirov şəhərinin musiqi ictimaiyyəti ağır itki ilə üzləşib.
Crossmedia.az Rusiya mediasına istinadən xəbər verir ki, yerli şair və musiqiçi Anton Yudintsev sentyabrın 15-də xüsusi hərbi əməliyyat zamanı həlak olub.
Onun 38-ci doğum gününə cəmi bir neçə gün qalmışdı.
Anton Yudintsev müxtəlif musiqi layihələrində iştirak edib. O, ilk olaraq “107 Steps” qrupunda fəaliyyət göstərib. Daha sonra “The Blind Shot”, “Los Chotatamos” və son olaraq “Adalen” qruplarında çıxış edib
Dostları və yaxınları mərhumu parlaq, xeyirxah və yüksək xarizmaya malik insan kimi xatırlayıblar.
Mərhumla vida mərasimi sentyabrın 16-da Kirov şəhərində keçiriləcək.
Qeyd edək ki, son günlər Kirovda daha bir sıra tanınmış şəxslərin vəfat etdiyi bildirilib. Bunların arasında Ümumi Cərrahiyyə kafedrasının dosenti Aleksandr Tukmaçev və məşhur müəllim Lapşin də var.
16:22 15.09.2026
Oxunuş sayı: 56