Turist ailəsinin gözü qarşısında boğularaq öldü
Balidə istirahət edən 54 yaşlı britaniyalı turist ailəsinin gözü qarşısında suda bataraq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “The Sun” bu barədə məlumat yayıb.
Hadisə sentyabrın 13-də turistin Nusa-Penida adasında çimərkən başına gəlib. Səyahət edən ailə ada turu zamanı turist katerinin sürücüsündən çimmək üçün Kristal-Bey çimərliyində dayanmasını istəyib.
Lakin təxminən bir saat sonra ailə görüş yerinə qayıtmayıb. Bundan sonra katerin sürücüsü hadisədən xəbər tutaraq təcili xidmətlərə məlumat verib.
54 yaşlı kişi yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Lakin həkimlər onu xilas edə bilməyiblər. Suyun ağciyərlərinə dolması nəticəsində onun ürəyinin dayandığı bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları britaniyalı turistin ölümünün səbəblərini araşdırırlar.
15:32 15.09.2026
Oxunuş sayı: 46