Moskva Gümrüdəki hərbi baza barədə: Təhlükəsizlik üçün mühüm elementdir
Rusiya Ermənistanın Gümrüdə yerləşən hərbi bazasındakı kontingentinin çıxarılması ilə bağlı erməni tərəfdən hər hansı müraciət almayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu barədə açıqlama verib.
Qaluzin bildirib ki, Rusiya tərəfi hələ də Gümrüdəki hərbi bazanı Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementi hesab edir.
O, Rusiyanın hərbi kontingentinin Gümrüdəki bazadan çıxarılması məsələsi ilə bağlı Ermənistan tərəfindən rəsmi müraciətin daxil olmadığını vurğulayıb.
10:28 15.09.2026
Oxunuş sayı: 59