Zaxarova ABŞ və Türkiyənin Ukraynaya silah tədarükü planlarını şərh edib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və Türkiyənin Ukraynaya silah tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zaxarovanın sözlərinə görə, ABŞ Konqresi tərəfindən yaxın vaxtlarda açıqlanan sənədlərə əsasən, söhbət hücum vasitələri də daxil olmaqla genişmiqyaslı silah arsenalından gedir.
O bildirib ki, siyahıda 12 ədəd reaktiv yaylım atəşi sistemi qurğusu, onlar üçün 2,5 mindən çox idarəolunmayan kaset sursatı, 47 min ədəd 203 mm-lik kaset artilleriya mərmisi və 70 ədəd ATACMS operativ-taktiki raketi qeyd olunur.
Zaxarova qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ Konqresinin açıqladığı məlumatlarla bağlı Vaşinqton və Ankaradan izahat tələb edib.
21:46 15.08.2026
Oxunuş sayı: 43