Tayvan Çinə qarşı hazırlığı gücləndirir
Tayvan mümkün Çin işğalı və ya dəniz blokadası ssenarisinə qarşı Sahil Mühafizə Qüvvələrinin hərbi imkanlarını genişləndirir.
Crossmedia.az xəbər verir ki, Tayvan bu məqsədlə Sahil Mühafizəsinə məxsus gəmiləri gəmiəleyhinə raketlərlə təchiz edir və donanma ilə birgə hərbi təlimlərin intensivliyini artırır.
Son təlimlərdə Çinin Tayvana desant çıxarması və adanın dənizdən blokadaya alınması ssenariləri də imitasiya edilib. Planın əsas məqsədi mümkün müharibə zamanı Sahil Mühafizəsinin yalnız sərhəd və təhlükəsizlik funksiyalarını yerinə yetirməsi ilə kifayətlənməyərək, hərbi əməliyyatlara dəstək verə biləcək qüvvəyə çevrilməsidir.
17:44 15.08.2026
Oxunuş sayı: 39