Almaniyada meşədə helikopter qəzası baş verib: pilot ölüb
Almaniyanın Saksoniya federal torpağında helikopterin qəzaya uğraması nəticəsində pilot həlak olub.
Crossmedia.az xəbər verir ki, hadisə Rud dağlarında Zemtal şəhəri yaxınlığında baş verib.
Məlumata görə, meşə torpaqlarının əhənglənməsi üçün istifadə olunan helikopter qəzadan sonra yanıb. Hava gəmisində yalnız pilotun olduğu və onun hadisə nəticəsində həyatını itirdiyi bildirilib.
16:49 15.08.2026
Oxunuş sayı: 44