KİV: Ərdoğanın ilin sonunadək Dəməşqə səfəri planlaşdırılır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin sonunadək Suriyanın paytaxtı Dəməşqə səfər etməyi və Üməyyə məscidində namaz qılmağı planlaşdırdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz “Al Jazeera” telekanalına müsahibəsində bu barədə məlumat verib.
Səfirin sözlərinə görə, Ankara Dəməşqlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir və daha əvvəl təxirə salınmış səfərlərin yaxın gələcəkdə baş tutması mümkündür.
16:42 15.08.2026
Oxunuş sayı: 48