Azərbaycan-Ermənistan sərhədində 3,8 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB
Azərbaycan-Ermənistan sərhədində - Ermənistan ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:29-da, 7 km dərinlikdə qeydə alınıb.
23:26
Kəlbəcər rayonunda 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:11-də, 5,7 km dərinlikdə qeydə alınıb.
23:50 10.08.2026
Oxunuş sayı: 42