Rusiyaya iqtisadi böhran xəbərdarlığı edildi - Səbəb
CIA direktoru Con Retkliff avqustun sonunda Moskvaya gözlənilməz səfəri zamanı Rusiya rəhbərliyini ölkə iqtisadiyyatı üçün ciddi risklər barədə xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, “Frankfurter Allgemeine Zeitung” bu barədə məlumat yayıb.
ABŞ kəşfiyyatının məlumatlarına istinad edən nəşrin yazdığına görə, Retkliff Rusiyanın böyük hərbi xərclər səbəbindən Ukraynadakı müharibədən iqtisadi baxımdan qalib çıxa bilməyəcəyini bildirib.
Məlumatla tanış olan yüksək rütbəli diplomatın sözlərinə görə, CIA rəhbəri Rusiya iqtisadiyyatı üçün mümkün nəticələri Soyuq müharibə dövründə SSRİ-nin süqutu ilə müqayisə edib.
Retkliff həmçinin bildirib ki, Rusiya iqtisadiyyatının vəziyyəti ilə bağlı qiymətləndirmələr Donald Tramp administrasiyasının Ukrayna siyasətinin formalaşdırılmasında nəzərə alınır. “Frankfurter Allgemeine Zeitung”un mənbəsinə görə, Moskva ABŞ-nin Kiyevə dəstəyinin dayandırılacağına ümid etməməlidir.
19:06 29.09.2026
Oxunuş sayı: 34