Həkimdən ürək sağlamlığı ilə bağlı vacib xəbərdarlıq
Türkiyəli professor, həkim Osman Müftüoğlu xolesterinin idarə olunmasında fərdi risk qiymətləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Crossmedia.az-ın məlumatına görə, o, “Sabah” qəzetindəki məqaləsində bildirib ki, ürək-damar sağlamlığını qiymətləndirərkən yalnız LDL (xolesterin) göstəricisinə baxmaq kifayət deyil. Yaş, irsi meyillilik, qan təzyiqi, diabet və digər risk amilləri də nəzərə alınmalıdır.
Müftüoğlu sağlam qidalanma, liflə zəngin məhsulların istehlakı, fiziki aktivliyin artırılması və siqaretdən uzaq durmağın xolesterinin tənzimlənməsində vacib olduğunu vurğulayıb.
O, həmçinin müasir müalicə imkanlarının genişləndiyini, statinlərlə yanaşı PCSK9 inhibitorları kimi preparatların da müəyyən xəstələrdə istifadə edildiyini qeyd edib. Həkim müalicənin fərdi seçilməsinin və dərmanların həkim məsləhəti olmadan dayandırılmamasının vacibliyini diqqətə çatdırıb.
07:01 14.11.2026
Oxunuş sayı: 50