Belçika Ukraynaya F-16 tədarükünü sürətləndirir
Belçika ilin sonunadək Ukraynaya üç F-16 qırıcı təyyarəsi təhvil verəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram-da paylaşım edib.
Zelenskinin sözlərinə görə, Belçika ilə üç F-16-nın ilin sonunadək Ukraynaya təhvil verilməsi barədə razılıq əldə olunub. Təyyarələrin alınması prosesinin sürətləndirilmiş prosedurla həyata keçiriləcəyi bildirilib.
Ukrayna lideri həmçinin Belçika və digər ölkələrdən, o cümlədən İspaniyadan F-16 qırıcıları üçün təcili sursat tədarükü aldıqlarını qeyd edib.
18:37 29.09.2026
Oxunuş sayı: 39