ABŞ ordusunda yüksək rütbəli vəzifələr azaldılır
ABŞ müdafiə naziri Pit Heqset Pentaqonun genişmiqyaslı yenidən qurulması çərçivəsində ölkənin Silahlı Qüvvələrində general və admiral vəzifələrinin sayını 20 faiz azaltmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Fox News” bu barədə məlumat yayıb.
Məlumata görə, ixtisarlar əsasən yüksək rəhbər vəzifələrinə təsir edəcək. Bununla yanaşı, bəzi vəzifələrin tamamilə ləğv edilmək əvəzinə daha aşağı hərbi rütbəyə keçirilməsi nəzərdə tutulur.
18:31 29.09.2026
Oxunuş sayı: 36