ABŞ-nin strateji neft ehtiyatları 1982-ci il səviyyəsinə düşüb
ABŞ-nin strateji neft ehtiyatlarında xam neftin həcmi 1982-ci ildən bəri ən aşağı səviyyəyə enib.
Crossmedia.az xəbər verir ki, ABŞ Energetika Nazirliyi bu barədə məlumat yayıb.
Sentyabrın 25-də başa çatan həftənin sonunda ölkənin strateji neft ehtiyatlarının həcmi 283,8 milyon barel təşkil edib.
Məlumata görə, qlobal neft ehtiyatlarının azalması martın əvvəlindən başlayıb. Həmin vaxt ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Enerji Agentliyi ilə razılaşma çərçivəsində strateji ehtiyatlardan 172 milyon barel neftin bazara çıxarılmasına göstəriş verib.
Qərarın qəbul edilməsinə Yaxın Şərqdəki münaqişə fonunda neftin qiymətinin kəskin artması və tədarükdə yaranan fasilələr səbəb olub.
Strateji neft ehtiyatı ABŞ-də fövqəladə hallarda və enerji təchizatında ciddi fasilələr zamanı istifadə üçün saxlanılan xam neft ehtiyatıdır.
17:21 29.09.2026
Oxunuş sayı: 39