Yəməndə ümumi səfərbərlik elan edildi
Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti husilərə qarşı mübarizə məqsədilə ölkədə ümumi səfərbərlik elan edib.
Crossmedia.az xəbər verir ki, “Saba” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Yəmən parlamenti Prezidentlik Rəhbərlik Şurasının sədri Rəşad əl-Əliminin ümumi səfərbərlik elan edilməsi ilə bağlı müraciətini təsdiqləyib. Qərarın husilərin eskalasiyasına qarşı mübarizə aparmaq, vətəndaşları, respublika quruluşunu və ölkənin suverenliyini qorumaq məqsədi daşıdığı bildirilib.
Sentyabrın əvvəlində Yəmən husilərinin ölkənin cənub-qərbində yerləşən Taiz əyalətində beynəlxalq səviyyədə tanınan hökumətin qüvvələri ilə silahlı qarşıdurmaya başladığı bildirilmişdi. Bir neçə gün ərzində husilərin Qırmızı dəniz sahilində strateji əhəmiyyətli obyektlərin də daxil olduğu bir neçə min kvadratkilometr əraziyə nəzarəti ələ keçirdiyi qeyd olunub.
21:07 28.09.2026
Oxunuş sayı: 34