Fransa millisi Türkiyə ilə oyun üçün İstanbula gəldi
Fransa milli komandası UEFA Millətlər A Liqasının 1-ci qrupunda Türkiyə ilə keçiriləcək qarşılaşma üçün İstanbula gəlib.
Crossmedia.az xəbər verir ki, Türkiyə yığması qrup mərhələsindəki ilk matçında sabah Kocaelidə Fransa millisini qəbul edəcək.
Kocaeli Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Parisdən yola düşən Fransa millisinin heyətini daşıyan xüsusi təyyarə İstanbulun Sabiha Gökçen hava limanına enib. Təhlükəsizlik tədbirləri səbəbindən futbolçular birbaşa təyyarədən apron ərazisində onları gözləyən komanda avtobusuna keçiblər.
Fransa yığması daha sonra avtomobil yolu ilə Kocaeliyə yola düşüb.
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan və komandanın bir futbolçusu saat 18:15-də Kocaeli Stadionunda təşkil olunacaq mətbuat konfransında iştirak edəcək.
Qonaq komanda Türkiyə ilə qarşılaşmadan əvvəl son məşqini də mətbuat konfransından sonra Kocaeli Stadionunda keçirəcək.
17:43 24.09.2026
Oxunuş sayı: 42