Vaşinqtonla Bakı arasında mühüm təmas: Bayramov Co Vilsonla görüşdü
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin strateji əlaqələri barədə fikir mübadiləsi aparılıb. Tərəflər uzunmüddətli regional təhlükəsizliyin, sülhün və sabitliyin təşviqi məqsədilə ABŞ Konqresi ilə institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı Azərbaycanın regiondakı əsas rolu da qeyd olunub.
08:19 24.09.2026
Oxunuş sayı: 39