Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumuna qatılıb.
Crossmedia.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan açıqlama verib.
Bildirilir ki, K.Qriqoryan Bakıya "FlyOne" aviaşirkətinə məxsus "Gulfstream G450" təyyarəsi ilə səfər edib. Onun bu gün axşam saatlarında Ermənistana qayıdacağı gözlənilir
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 100-dən çox ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək rütbəli nümayəndələri, eləcə də beynəlxalq təşkilatların iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.
18:02 22.09.2026
Oxunuş sayı: 51