Bu dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.
Bu iş rejimi "Formula 1" trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
17:04 22.09.2026
Oxunuş sayı: 41