"Tottenhem" Mauro İkardini transfer etməyəcək
Türkiyənin "Qalatasaray" klubunun sabiq hücumçusu Mauro İkardi karyerasını İngiltərənin "Tottenhem" komandasında davam etdirməyəcək.
Crossmedia.az "Football Insider"ə istinadən xəbər verir ki, London təmsilçisi azad agent statusuna malik 33 yaşlı forvardı heyətinə qatmamaq barədə qərar qəbul edib.
Daha əvvəl İngiltərə klubunun argentinalı futbolçunu transfer etmək variantını nəzərdən keçirdiyi bildirilirdi.
Qeyd edək ki, M.İkardinin son klubu 2022–2026-cı illərdə formasını geyindiyi "Qalatasaray" olub. O, İstanbul təmsilçisinin heyətində keçirdiyi 134 matçda 77 qol vurub və 25 məhsuldar ötürmə edib.
12:11 22.09.2026
Oxunuş sayı: 43