CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: ət

00:23 28.09.2026

Əraqçi: ABŞ-la razılaşma mümkündür, qərar Trampdan asılıdır

28

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə münasibətlər və mümkün danışıqlar prosesi barədə açıqlamalar verib. Crossmedia.az xəbər verir ki, Əraqçi ABŞ-ın NBC News telekanalına müsahibəsində İranın ABŞ tərəfindən başladıldığını iddia etdiyi müharibəni dayandırmaq istədiyini bildirib. İran XİN rəhbəri qeyd edib ki, münaqişənin qısa müddətdə başa çatacağı gözləntisi ilə başladığını, lakin artıq səkkiz ay keçdiyini və Tehran tərəfinin bunun sona çatmasını istədiyini deyib. Əraqçinin sözlərinə görə, İran vasitəçilər üzərindən ABŞ-a 7 maddədən ibarət təklif təqdim edib. O bildirib ki, təklifin ABŞ Prezidenti Donald Tramp tərəfindən rədd edildiyini eşitsələr də, hələ rəsmi cavab almayıblar. “Masada çox məqbul plan var. Əgər bunu səbəbsiz yerə rədd etsələr, bu onların səhvi olar”, - deyə Əraqçi bildirib. İran rəsmisi ölkəsinin dondurulmuş vəsaitlərinin azad edilməsini və neft satışına imkan yaradılmasını istədiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ əvvəlki razılaşmalar çərçivəsində bu məsələlərlə bağlı öhdəlik götürüb. Əraqçi həmçinin bildirib ki, İran mümkün yeni hücumlara hazırdır, lakin eyni zamanda diplomatik həll yollarını sınamağa davam edir. Qeyd edək ki, İran nümayəndə heyəti BMT Baş Assambleyası çərçivəsində ABŞ-a Hörmüz boğazının açılması ilə bağlı Qətərin vasitəçiliyi ilə 7 şərt təqdim etmişdi. ABŞ Prezidenti Donald Tramp isə İranın təkliflərini qəbul etmədiklərini açıqlamışdı.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR