İran ABŞ ilə danışıqları bərpa etmək barədə hələ qərar verməyib
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ ilə danışıqların yenidən başlanması məsələsində hələ yekun qərar qəbul etməyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İran bu məsələ ilə bağlı mövqeyini müəyyənləşdirmək üçün vəziyyəti qiymətləndirməyə davam edir.
Əraqçi ABŞ ilə mümkün diplomatik təmasların bərpası barədə konkret qərarın verilmədiyini qeyd edib.
19:58 15.08.2026
Oxunuş sayı: 43