Tarixi yol yenidən açılır - İran-Bağdad xəttində böyük layihə
İran və İraq arasında yeni dəmir yolu layihəsi iki ölkənin nəqliyyat əlaqələrini gücləndirə bilər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
İranın Xosrəvi – Xanəqin – Bağdad dəmir yolu xəttinin tikintisi ilə bağlı əldə olunan razılaşma Kermanşah üzərindən iki ölkənin dəmir yolu şəbəkələrinin birləşdirilməsi layihəsini yeni mərhələyə çıxarıb.
Layihənin həyata keçirilməsi İran və İraq arasında mühüm nəqliyyat dəhlizinin formalaşmasına, eləcə də regiondakı digər nəqliyyat şəbəkələrinə çıxışın genişlənməsinə imkan yarada bilər.
Xosrəvi – Xanəqin – Bağdad marşrutunun tikintisi ilə bağlı saziş İraqın Baş nazirinin Tehrana səfəri zamanı imzalanıb.
İranda Kermanşah – Xosrəvi dəmir yolu hissəsinin tamamlanmasından və İraq ərazisində xəttin tikintisindən sonra Tehran – Kermanşah – Xosrəvi – Xanəqin – Bağdad istiqamətində birbaşa dəmir yolu əlaqəsinin yaradılması mümkün olacaq.
18:12 15.08.2026
Oxunuş sayı: 47