İran XİN ABŞ-nin siyasətini Dostoyevskinin əsərindən sitatla tənqid edib
İran Xarici İşlər Nazirliyi ABŞ-nin İrana və Yaxın Şərqə münasibətdə xarici siyasətini rus yazıçısı Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanından gətirilən sitatla tənqid edib.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.
Nazirlik ABŞ-nin dövlət idarəçiliyi və xarici siyasətinin “yalanlardan həddindən artıq asılılıq” səbəbindən böhranla üzləşdiyini bildirib. İran XİN Dostoyevskinin əsərindən “Əsas odur ki, özünüzə yalan danışmayın” fikri ilə başlayan parçanı nümunə gətirərək, yalanın insanın həqiqəti həm özündə, həm də ətrafında ayırd edə bilməməsinə gətirib çıxardığını vurğulayıb.
14:06 15.08.2026
Oxunuş sayı: 46