Tramp Hörmüzü ABŞ ərazisi elan edəcəyini dedi, BMT cavab verib
Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerika ərazisi elan edə biləcəyi ilə bağlı açıqlamasından sonra bütün tərəfləri beynəlxalq hüquqa və gəmiçilik azadlığına hörmət etməyə çağırıb.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Trampın açıqlamasını şərh edərkən bildirib.
“Biz Hörmüz boğazında və onun ətrafında beynəlxalq gəmiçilik hüquq və azadlıqlarının tam bərpasına çağırırıq. Gəmiçilik hüquqları və azadlıqları beynəlxalq hüquqa uyğun olaraq bütün tərəflər tərəfindən qorunmalıdır”, – deyə Düjarrik vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Nyu-York yaxınlığındakı Nassau dairəsində keçirilən tədbirdə çıxışı zamanı yaxın zamanda Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu bildirib.
11:24 15.08.2026
Oxunuş sayı: 42