İran parlamenti yaxın vaxtlarda əyani fəaliyyətə qayıda bilər
İran parlamentinin sədr müavini Həmidxan Hacı Babayi parlament iclaslarının bütün təhlükəsizlik və mühafizə protokollarına riayət edilməklə əyani keçirilməsinin mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, parlament komissiyaları və xüsusilə açıq iclaslar martın 18-19-dan etibarən keçirilib, lakin parlament zalında yaranan problemlər səbəbindən bəzi iclaslarda məhdudiyyətlər olub. Hacı Babayi bildirib ki, artıq parlamentin açıq iclaslarının bütün təhlükəsizlik protokollarına əməl olunmaqla əyani formatda keçirilməsinə keçmək vaxtıdır.
10:32 15.08.2026
Oxunuş sayı: 56